AZ

Azərbaycanın Los Ancelesdəki Baş konsulluğuna yanğın nəticəsində ziyan dəyməyib - XİN

Bakı. Trend:

Azərbaycanın ABŞ-nin Los Anceles şəhərindəki Baş konsulluğunaburada baş verən şiddətli yanğınlar nəticəsində ziyan dəyməyib.

Bunu Trend-insorğusuna cavab olaraq Azərbaycan Respublikasının Xarici İşlərNazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

"7 yanvar 2025-ci il tarixindən etibarən Amerika BirləşmişŞtatlarının Los Anceles şəhərinin qərbində başlamış yanğınlarlaəlaqədar, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təminedilməsi məqsədilə Azərbaycan Respublikasının Los Ancelesşəhərindəki Baş Konsulluğu tərəfindən müvafiq iş aparılır.

Belə ki, Baş Konsulluğumuza məxsus sosial media hesablarında(https://x.com/azconsulatela/status/1876908935355007248?s=46,https://www.facebook.com/azconsulatela) xəbərdarlıq elanı vətəcili əlaqə nömrəsi (+13109234540) yerləşdirilib", - A.Hacızadəbildirib.

Onun sözlərinə görə, vətəndaşların yanğınlarla bağlı məlumatəldə etmələri və təhlükəsizlik təlimatı ilə tanış olmaları üçünmüvafiq internet səhifəsinə keçid linki paylaşılıb (lafd.org/alerts).

"Əlavə olaraq, Baş Konsulluğun yerləşdiyi binanın müvəqqətiolaraq evakuasiya edilməsinə baxmayaraq, distant qayada BaşKonsulluğun fəaliyyəti davam edir, hadisələrin gedişatı izlənilirvə vətəndaşlarla əlaqə kanalları daim açıq saxlanılır. AzərbaycanınBaş konsulluğuna burada baş verən şiddətli yanğınlar nəticəsindəziyan dəyməyib. Bundan əlavə, vətəndaşlarımızdan da onlara zərərdəyməsi barədə məlumat daxil olmayıb", - o bildirib.

Seçilən
17
21
az.trend.az

10Mənbələr