“Litva Rusiyaya qarşı dost olmayan dövlətdir”
Medianews.az xarici “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Bundan əvvəl Litva Prezidenti Gitanas Nauseda Rusiyanın Kalininqrad vilayətinə iddialar səsləndirib. Onun sözlərinə görə, Kalininqrad guya tarixən Litvanın şəhəridir və onu Karalyauçyus adlandırmaq lazımdır.
“Litva bizə düşmən olan dövlətdir, digər şeylərlə yanaşı, göründüyü kimi, ərazi iddiaları var”, – Kremlin rəsmi nümayəndəsi qeyd edib.