AZ

ABŞ F-15 qırıcılarını uzaq mənzilli gəmi əleyhinə raketlə silahlandıracaq

ABŞ Hərbi Hava Qüvvələri AGM-158C-1 LRASM uzaqmənzilli gəmi əleyhinə raketini F-15E/EX “Strike Eagle”/ “Eagle-2” qırıcılarının silahlanmasına inteqrasiya etməyi planlaşdırır.

Herbiand.az bildirir ki, bu barədə Naval News ABŞ Hərbi Dəniz Hava Sistemləri Komandanlığına istinadən məlumat yayıb.

Potensial müqavilə yeganə mümkün podratçı Lockheed Martin Missiles & Fire Control ilə müzakirə edilir. AGM-158C-1 raketlərini F-15X/EX silah dəstinə əlavə etmək qərarı Hərbi Hava Qüvvələrinin Hind-Sakit okean regionunda dəniz hədəflərinə uzun mənzilli zərbə qabiliyyətinə malik olmaq üçün ehtiyac yaranıb.

LRASM raketləri GPS siqnalları və rabitə vasitələrinin tıxandığı şəraitdə belə gəmi qrupları arasında ayrı hədəfləri aşkar edib məhv etməyə qadirdir. Raket 454 kq ağırlığında döyüş başlığı daşıyır və 930 km-ə qədər məsafə qət edə bilir (digər mənbələrə görə - 560 km-ə qədər). Tərtibatçıların fikrincə, belə mərmilərdən biri 9000 tona qədər yerdəyişmə qabiliyyətinə malik düşmən gəmisini məhv etməyə qadirdir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
37
herbiand.az

1Mənbələr