“Biz dünyanın gözündə beyinsiz eliatsı olan keyfiyyətsiz millətik”
Azərbaycan Prezidentinin son müsahibəsində Zəngəzur dəhlizinin mütləq açılacağını bəyan etməsi, Ermənistanı faşist dövləti adlandırması və eləcə də Ermənistandan silahlanmanı dərhal dayandırmağı tələb etməsi İrəvanda böyük narahatlığa səbəb olub.
Çoxları bundan sonra Ermənistanın qeyd-şərtsiz məğlub olacağı növbəti hərbi qarşıdurmanın astanasında olduğunu deyirlər.
“AzPolitika” xəbər verir ki, tanınmış erməni politoloqlarından olan Vaqe Ovannisyanın bu məsələ ilə bağlı açıqlamaları erməni mətbuatında dərc edilib. Ovannisyan vəziyyətin çox təhlükəli olduğunu qeyd edərək, “çıxış yolları” göstərməyə çalışıb.