Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığıfərmanla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiyavə Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasıtəsdiqlənib.
Trend xəbərverir ki, sənədə əsasən, agentliyin vəsaitindən sahibkarlıqsubyektlərinə güzəştli kreditlərin (bundan sonra – kredit)verilməsi müvəkkil banklar və bank olmayan kredit təşkilatları(bundan sonra – müvəkkil kredit təşkilatı) vasitəsilə onların özadından və öz riskləri hesabına həyata keçirilir.
Sahibkarlıq subyektlərinə Agentliyin vəsaitindən aşağıdakıhədlərdə kredit vəsaiti verilir:
5 000 manatdan 50 000 manatadək – kiçikhəcmli kreditlər;
50 001 manatdan 1 000 000 manatadək – ortahəcmli kreditlər;
1 000 001 manatdan 10 000 000 manatadək – böyükhəcmlikreditlər.
Agentliyin vəsaiti hesabına hər bir sahibkarlıq subyektinəverilən kreditin (o cümlədən bir investisiya layihəsi üzrə)maksimum həddi 10 000 000 (on milyon) manatdan artıq olabilməz.
Agentliyin kreditlərinin müddətləri aşağıdakı kimi müəyyənedilir:
kiçikhəcmli kreditlər üçün – 3 (üç) ilədək;
ortahəcmli kreditlər üçün – 5 (beş) ilədək;
böyükhəcmli kreditlər üçün – 10 (on) ilədək.
Agentliyin vəsaiti (cəlb etdiyi kreditlər istisna olmaqla)hesabına verilən kreditlərin illik faiz dərəcəsi 1 (bir) faiz,müvəkkil kredit təşkilatlarının tətbiq etdikləri illik faizdərəcəsi isə 4 (dörd) faizdən artıq olmamaq şərtilə, ümumilikdəkreditlərin illik faiz dərəcəsi 5 (beş) faizədək müəyyənedilir.