Qırmızı Ürəklər Fondu cəmiyyətimiz üçün həssas və vacib mövzularda təşəbbüslərini davam etdirir. Ənənəsinə sadiq qalan Fond "Onlar Bizə Əmanətdir" layihəsi çərçivəsində növbəti dəfə şəhid övladlarını sevindirib. Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən layihə paytaxt Bakı da daxil olmaqla ölkənin bütün regionlarını əhatə edib. Layihə çərçivəsində 16 yaşadək olan 1800-ə yaxın şəhid övladına bayram hədiyyələri təqdim edilib.
Şəhid övladlarının siyahısının hazırlanması yerli icra hakimiyyəti orqanlarının, hədiyyələrin onlara çatdırılması isə fondun könüllüləri ilə yanaşı "Azərpoçt"un dəstəyi ilə baş tutub. Layihənin həyata keçirilməsində "Kapital Bank", "PMD Group", "PashaPay", "PASHA Investments", "PASHA Technology", "PASHA Life" və "PASHA Bank" kimi nüfuzlu tərəfdaşlar iştirak ediblər.
4 ildir davam edən "Onlar Bizə Əmanətdir" layihəsinin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin övladlarına mənəvi dəstək göstərmək, onlara cəmiyyətin diqqət və qayğısını hiss etdirməkdir.
Uşaqlarına sevinc dolu anlarını izləmək üçün keçid edin: https://kbl.az/robe
Qeyd edək ki, "Red Hearts" - Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.
10Mənbələr
-
moderator.az“Biznes psixologiyası” Gənc Sahibkarlar Düşərgəsi uğurla tamamlandı - FOTOLAR ( 15115085)
-
azertag.azAnkara Dövlət Konservatoriyasında Azərbaycan mədəniyyətinə dair birgə layihələr reallaşdırılacaq ( 15072857)
-
xalqqazeti.az“Yüksək mədəniyyətli Azərbaycan vətəndaşı” innovativ kulturoloji layihəsi başlayıb ( 15072453)
-
moderator.az“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub - FOTOLAR ( 15069135)
-
unikal.az“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub - FOTOLAR ( 15068595)
-
sia.azBədən Tərbiyəsi və İdman Akademiyasında əsassız əməkhaqqı ödənişləri aşkarlanıb ( 15013643)
-
sfera.azBank of Baku sahibkarlara 100 000 manatadək mikro biznes krediti təklif edib ( 14963315)
-
unikal.az"Bank of Baku"dan sahibkarlara 100.000 AZN-dək mikro biznes krediti ( 14962825)
-
unikal.azMM-də Səhiyyə komitəsinin ilk iclası keçirilib - FOTOLAR ( 14937921)
-
olke.azBakıda Abdulbari Gözəlin yas mərasimi keçirilir - FOTOLAR ( 14925189)