AZ

Bələdiyyə seçkilərində ən yaşlı qadın namizəd məşhur pambıqçı imiş - FOTO

Sabirabadın məşhur pambıqçısı Sosialist Əməyi Qəhrəmanı, I dərəcəli "Əmək" ordeni laureatı Fatma Hüseynovanın bələdiyyə seçkilərində namizədliyi irəli sürülüb.

Modern.az-ın məlumatına görə, onun namizədliyi hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülüb.

Fatma nənə 68 saylı Sabirabad-Şirvan seçki dairəsində Qaaratəpə bələdiyyəsi üzrə namizəddir.

O, həmçinin bələdiyyə seçkilərində namizədliyi irəli sürülən ən yaşlı qadındır.

Qeyd edək ki, Fatma Hüseynova 1939-cu ildə Sabirabadın Abdulyan kəndində anadan olub. O, Azərbaycan SSR Ali Sovetinin (IX çağırış, XI çağırış), SSRİ Ali Sovetinin (X çağırış) deputatı olub.

17 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Sabirabad pambıqçıları, o cümlədən Fatma Hüseynova ilə görüşüb.

2017-ci ildə 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunub.

1409504

 

1409503

Seçilən
17
2
modern.az

3Mənbələr