AZ

Musleradan şok qərar: “Qalatasaray”dan ayrılır

Türkiyənin “Qalatasaray” klubu qapıçısı Fernando Muslera ilə yollarını ayıracaq.

“Cebheinfo.az” xəbər verir ki, kapitan İstanbul klubunun rəhbərliyinə qərarını bildirib.

O, mövsümün sonunda getmək istədiyini söyləyib. Uruqvaylı qapıçı ölkəsinə, ailəsinin yanına qayıtmağı düşünür.

Qeyd edək ki, “Cim-Bom” Musleraya 2,5 milyon avro maaş qarşılığında daha 1 illik müqavilə təklif edib. Lakin 38 yaşlı futbolçu bu təklifi qəbul etməyib. 

Seçilən
40
cebheinfo.az

1Mənbələr