“Azərbaycan Duz İstehsalat Birliyi” QSC-nin 7,5 milyonluq səhmi dövriyyədən çıxarılır.
FED.az xəbər verir ki, QSC-nin (hazırki dövlət qeydiyyatı № (VÖEN) 9900083191.) təşkilati-hüquqi formasının dəyişdirilərək “Azərbaycan Duz İstehsalat Birliyi” məhdud məsuliyyətli cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil edilməsi ilə əlaqədar olaraq “Azərbaycan Duz İstehsalat Birliyi” QSC-nin hər birinin nominal dəyəri 1 000manat olan 7 500 ədəd adi, adlı, sənədsiz səhmi dövriyyədən çıxarılır.