AZ

Xose Bernardo narkotik aludəçisidir?

Keçmiş teleaparıcı Xose Bernardo narkomaniyadan qurtulmaq üçün reabilitasiya mərkəzlərinin birində müalicə alır. 

Bizim.Media xəbər verir ki, bu barədə “oxu.az”a mərkəzdən məlumat verilib. 

Bildirilib ki, Xose Bernardo üç gün öncə narkomaniyadan müalicə olunmaq üçün mərkəzə müraciət edib: 

"Onun çox sayda dostunu biz müalicə etmişik. Öz istəyi ilə bizə müraciət edib, sağalmaq istədiyini deyib. Xose Bernardo təxminən 18-19 yaşlarından narkotikə qurşanıb. Daha çox yüngül narkotik vasitələrdən istifadə edib". 

Bizim.Media

Seçilən
26
4
bizim.media

5Mənbələr