AZ

Yanğın ABŞ-yə 150 milyarda başa gələ bilər

Kaliforniyanın cənubundakı meşə yanğınlarının iqtisadi zərəri 135-150 milyard dollar təşkil edə bilər.

 

Oxu24.com  xəbər verir  ki,AccuWeather konsaltinq şirkətinin nümayəndəsi Bill Veydel X sosial şəbəkəsində bildirib.

 

AccuWeather  daha əvvəll zərəri 52-57 milyard dollar qiymətləndirmişdi.

 

Bir gün əvvəl “Daily Mail” qəzeti ABŞ-ın hazırkı lideri Co Baydenin oğlu Hunterin Malibudakı evinin Kaliforniya ştatında baş verən yanğınlar nəticəsində tamamilə yanıb.

Yanvarın 7-də Los-Ancelesin qərbində küləyin təsiriylə meşə yanğını başlayıb. Yerli hakimiyyət orqanları Sakit Okean Palisades bölgəsinin sakinləri üçün məcburi təxliyə əmri verib. Yanvarın 8-nə olan məlumata görə, yanğının sahəsi 13,44 kvadratmetrə çatıb. 

ABŞ-ın seçilmiş prezidentinin oğlu kiçik Donald Tramp güclü meşə yanğınlarının baş verdiyi Los-Anceles dairəsinin hakimiyyətini yanğınsöndürmə texnikasını Ukrayna rəhbərliyinə verməkdə ittiham edib.

Bundan əvvəl Kaliforniyada bir neçə Hollivud ulduzu yanğın nəticəsində evlərini itirmişdi.

 

 

Nigar

 

Seçilən
30
28
oxu24.com

10Mənbələr