AZ

Nyu-York məhkəməsi Trampa hökm oxuyub

Vaşinqton, 9 yanvar, AZƏRTAC

Nyu-York məhkəməsində ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampa hökm oxunub.

AZƏRTAC-ın məlumatına görə, hakim Xuan Merçan Trampla bağlı şərtsiz azad etmə qərarı çıxarıb.

Hökmə əsasən Tramp təqsirli olaraq qalacaq, lakin o nə həbs, nə də cərimə olunacaq. Tramp məhkəməyə virtual olaraq qatılıb.

Qeyd edək ki, Donald Tramp 2016-cı ildə keçirilmiş prezident seçkiləri ərəfəsində aktrisa Stormi Deniyelsin susması məqsədilə rüşvət verməkdə və biznes məlumatlarını saxtalaşdırmaqda ittiham edilərək 34 maddə üzrə təqsirli bilinib.

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
26
7
azertag.az

9Mənbələr