AZ

Nyu-York məhkəməsi Trumpı sənəd saxtalaşdırılması ilə bağlı məsuliyyətdən azad edib

Nyu-York

Cümə günü Nyu-York məhkəməsi ABŞ-ın seçilmiş prezidenti Donald Trumpa fırıldaqçılıq işi üzrə hökmünü elan edib. Cəza olaraq ona "şərtsiz azadlıq" verilib: bu, məhkəmənin Trumpı cinayətdə günahkar hesab etdiyini, amma ona cərimə və ya həbs cəzası verməyi yanlış hesab etdiyini bildirir.Məhkəmənin hakimi Xuan Merçan hökmün açıqlanması zamanı "İkinci prezidentlik dövrünüzə başladığınızda sizə uğurlar arzulayıram," dedi.O əlavə etdi ki, Trumpa təyin etdiyi cəza "ölkənin ən yüksək vəzifəsinə zərər verməyən yeganə qanuni hökm olacaq."Gözlənildiyi kimi, bu hökm mümkün olan ən yumşaq cəza oldu.Trump məhkəməyə video əlaqəsi ilə qatılaraq, vəkili ilə birlikdə çıxış etdi. Proses boyu ilk dəfə olaraq danışdı. Əvvəlki iclaslarda Trump öz müdafiəsində şahidlik etməyi rədd etmişdi.Cümə günü çıxış edərkən, o, hər bir ittiham maddəsi və məhkəmədə səslənən hər bir fakt üzrə öz baxışlarını təqdim edib.Ümumilikdə, Trampın sözlərinə görə, bütün proses onun üçün dəhşətli bir təcrübə olub.O, əmindir ki, bütün bu hadisələr onun prezidentliyə yenidən seçilməsinin qarşısını almaq məqsədi ilə planlaşdırılıb.Onun inaqurasiya mərasimi 10 gündən sonra olacaq və o, yenidən Ağ Evin rəhbərliyini əlinə alacaq.Səidə Mustafa

Diqqət Çəkənlər

Niyə biz xainlərə etibar edirik - Araşdırma

ABŞ danışıqlara hazırlaşır: Trump Putinlə görüşəcəyini elan edib

Uzun müddət qəbul edilən B6 vitamini sinir toxumasıni zədələyə bilər

Seçilən
20
ulusum.az

1Mənbələr