AZ

Tramp məhkəmənin hökmündən apellyasiya şikayəti verəcək

ABŞ-ın yeni prezidenti Donald Trampın komandası maliyyə sənədlərinin saxtalaşdırılması işi üzrə məhkəmənin hökmündən apellyasiya şikayəti verəcək.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun vəkili Todd Blanş məlumat yayıb.

“Biz qəti şəkildə bu hökmdən apellyasiya şikayəti vermək niyyətindəyik”, - vəkil məhkəmə iclasında bildirib.

Qeyd edək ki, bu gün keçirilənməhkəmə prezident institutuna hörmət edərək Donald Trampı cəzadan azad etmək qərarına gəlib.

Xatırladaq ki, Donald Tramp 2016-cı ildə keçirilmiş prezident seçkiləri ərəfəsində aktrisa Stormi Deniyelsin susması məqsədilə rüşvət verməkdə və biznes məlumatlarını saxtalaşdırmaqda ittiham edilərək 34 maddə üzrə təqsirli bilinib.


Müəllif: Arzu
Seçilən
18
teleqraf.com

1Mənbələr