AZ

“Real”ın ulduzu “2” aldı

Vinisius Junior gözlənilən aqibətlə üzləşib.

"Football-plus.az" xəbər verir ki, “Real”ın “Valensiya” ilə çempionat oyununda (2:1) qırmızı vərəqə alan futbolçusunun cəzası müəyyənləşib. 24 yaşlı hücumçu La Liqanın 12-ci turundan təxirə salınan və yanvarın 3-də keçirilən matçda rəqib qapıçı Stole Dmitrievskini itələyərək yerə yıxmış və qırmızı vərəqə ilə meydandan qovulmuşdu. İspaniya Kral Futbol Federasiyası Vinisiusu 2 oyunluq cəzalandırıb.

Bundan əlavə, braziliyalı futbolçu 600 avro, “Real” isə 700 avro cərimələnib.

Seçilən
34
football-plus.az

1Mənbələr