Azərbaycan Basketbol Liqasının (ABL) IX turundan təxirə salınmış oyunların vaxtı bəlli olub.
Fanat.Az xəbər verir ki, məlumatı ABL-in mətbuat xidməti yayıb.
A qrupunun "Naxçıvan" - "Abşeron" qarşılaşması yanvarın 14-də, saat 19:00-da keçiriləcək.
B qrupunun "Şəki" - "Gəncə" görüşü növbəti gün, saat 14:00-da, "Sumqayıt" - "Quba" matçı isə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, oyunlar dekabrın 26-da Azərbaycanda matəm günü olduğu üçün təxirə salınmışdı.