İsrail Müdafiə Qüvvələri (IDF) Yəmənin qərb sahillərində və Yəmənin dərinliklərində “Ənsar Allah” (Husi) hərəkatının hərbi infrastrukturuna zərbələr endirib.
İsrailin baş naziri Benyamin Netanyahu hücumu Husilərin İsrail vətəndaşlarına qarşı təcavüzünə cavab adlandırıb. Yəmənin “Əl Məsirə” telekanalı hücumun fələstinlilərə dəstək üçün böyük nümayişin keçirildiyi paytaxt Sənanın mərkəzində baş verdiyini iddia edir.
İsrail ordusunun sözçüsü İsrail Hərbi Hava Qüvvələrinin Hizaz elektrik stansiyasında hərbi infrastruktura zərbələr endirdiyini bildirib. Onun sözlərinə görə, bu, husilərin təchizatı üçün mərkəzi enerji mənbəyidir. Hudeyda və Ras İsa limanlarındakı obyektlər də hücuma məruz qalıb.
//Samir Qurbanov, Editor.az