Yaxın tarixdə böyük şirkətlər işçilərinin yarısını süni intellektlə əvəz edəcək
İşəgötürənlərin təxminən yarısı süni intellektlə əlaqədar növbəti beş ildə işçi qüvvəsini azaltmağı planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN telekanalı Dünya İqtisadi Forumunun (WEF) araşdırmasına istinadla məlumat yayıb.
WEF-in sorğusu göstərib ki, işəgötürənlərin süni intellekt haqqında təsəvvürləri əhəmiyyətli dərəcədə dəyişib. Əvvəllər süni intellekt insan bacarıqlarının köməkçisi kimi qəbul edilirdi. Ancaq onun istehsal prosesində intellektual problemləri həll etmək qabiliyyəti bəzi mütəxəssislərin işinə son qoya bilər. Xüsusilə, ən çox risk altənda olanlar qrafik dizaynerlər və hüquq məsləhətçiləridir.
2030-cu ilə qədər süni intellektlə bağlı iş yerlərinin itirilməsinin dünyanın ən böyük şirkətlərinin 41%-nə təsir edəcəyi gözlənilir. Gələcək illərdə ilk növbədə poçt, katiblik işləri ilə bağlı iş yerləri risk altında olacaq. Belə mütəxəssislər süni intellektlə işləmək üçün peşələrini dəyişməli və ya təkmilləşdirmə kursları keçməli olacaqlar.