Görüşdəki fotolarda həmin zalda sakinlərin oturduğu hissədə deyil, yalnız Ə.Abbasovun oturduğu masanın yanında iki istilik sobasının qoyulması müzakirələrə səbəb olub.
Oxu.Az-ın məlumatına görə, icra başçısı Əkbər Abbasovun qalmaqala səbəb olan görüntüləri Lerik Rayon İcra Hakimiyyətinin saytından silinib.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 4 dekabr 2024-cü ildə Osyodərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində sakinlərlə görüş keçirərkən orada da onun isinməsi üçün qırmızı istilik sobası qoyulub.
Həmin görüşdən şəklə isə fotoredaktor proqramı ilə əl gəzdirilərək sobanın görüntüsü oradan silinib.