AZ

Mahaçqala hava limanında iğtişaşların daha dörd iştirakçısı mühakimə olunub

Məhkəmə 2023-cü ilin oktyabrında Mahaçqala hava limanında iğtişaşlarda iştirak edən dörd nəfəri on il müddətinə azadlıqdan məhrum edib.

Onlar zorakılıq və qırğınlarla müşayiət olunan kütləvi iğtişaşlarda iştirak etməkdə təqsirli biliniblər.

“Mahaçqala aeroportunda baş vermiş iğtişaşlarla bağlı cinayət işi üzrə daha dörd təqsirləndirilən şəxs mühakimə olundu… Rabadanov M.Ş., Rəcəbov R.T., Ramazanov M.R. və Xalikov Z.A.”, – İstintaq Komitəsindən bildirilib.

Ümumilikdə yeddi cinayət işi üzrə 38 təqsirləndirilən şəxs iğtişaşlarla bağlı cinayət törətməkdə təqsirli bilinib.

Mahaçqalada iğtişaşlar 2023-cü ilin oktyabrında baş verib. Baş Prokurorluğun məlumatına görə, təşkilatçılardan üçü federal axtarışa verilib.

DOĞRU.AZ

Seçilən
36
dogru.az

1Mənbələr