AZ

Türkiyəli atıcı müsahibəyə görə 30 min avro İSTƏDİ

Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Yusuf Dikeç müsahibə üçün məbləğ müəyyənləşdirib.

Bizim.Media xəbər verir ki, türkiyəli atıcı ilə müsahibə etmək istəyən media orqanı 30 min avro ödəməlidir.

Bu barədə onun təmsilçisi Mehmet Ali Akgül L'Equipe nəşrinə müsahibəsində deyib: "İdmançı çox məşğuldur, o, 2028-ci il Oyunlarına hazırlaşır. Yusuf artist deyil, müsahibə vermək ona maraqlı deyil. O, 30 min avroya müsahibə verməyə hazırdır".

Qeyd edək ki, Dikeç Paris-2024 Olimpiadasında qulaqlıq taxmadan səhnəyə çıxaraq, atışını bir əli cibində həyata keçirməsi ilə dünyada gündəm olmuşdu.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
28
bizim.media

1Mənbələr