Efiopiyada 5,2 bal gücündə zəlzələ baş verib.
APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 213 minə yaxın insanın yaşadığı Nəzrət şəhərindən 125 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat daxil olmayıb.