İngiltərə çempionu "Mançester Siti"nin hücumçusu Erlinq Hollan ölkəsində növbəti dəfə mükafatlandırılıb.
24 yaşlı mərkəz hücumçusu ardıcıl 5-ci dəfə ilin ən yaxşı norveçli futbolçusu seçilib.
"Operativ Media" xəbər verir ki, bu haqda Norveç Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Ondan əvvəl London “Arsenal”ının yarımmüdafiəçisi Martin Odeqar Norveçdə 2019-cu ilin ən yaxşı oyunçusu seçilib.
2024-cü ildə Erlinq Hollan Norveç millisinin bütün zamanların ən yaxşı bombardiri olub. O, 39 oyunda 38 qol vurub.
Ötən il Erlinq Hollan bütün yarışlarda 54 qol vurub.