İngiltərədə növbəti dəfə idman sahəsində qalmaqal yaşanıb. "The Sun"ın yaydığı məlumata görə hələlik adı ictimaiyyətə açıqlanmayan İngiltərə Premyer Liqasının (EPL) ulduz futbolçusu partnyorunun razılığı olmadan onunla olan cinsi əlaqəni lentə almaqda şübhəli bilinir. O, bu səbəbdən komanda məşqi zamanı həbs edilib.
Polis əməkdaşları futbolçunu 6 saat davam edən sorğu-sual üçün aparıblar. Futbolçunun komanda yoldaşlarının çoxu əvvəlcə bunun sadəcə xüsusi bir quraşdırılmış zarafat və ya oyun olduğunu düşünüblər.
“Bir çox ulduzlar əvvəlcə məşq zamanı iki uniformalı zabitin meydançaya çıxmasının hansısa quraşdırılmış oyun olduğunu düşünürdü. Amma sonradan hər kəs çaşqınlıq içində idi",- deyə nəşrin mənbəsi biliriba.
Tural