AZ

Juravlev: "Baltikyanı ölkələr Rusiyanın tərkibinə daxil olmalıdır"

Bütün Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır. Bu barədə RİA Novosti-yə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlev Litva prezidenti Qitanas Nausedanın Kalininqradla bağlı qalmaqallı sözlərini şərh edərkən bildirib.

“Əgər biz İkinci Dünya Müharibəsinin nəticələrini yenidən nəzərdən keçirəcəyiksə, o zaman bütün Baltikyanı region inqilabdan əvvəl olduğu kimi Rusiyaya məxsus olmalıdır. O cümlədən Vilna yəni, 1795-ci ildən Rusiya İmperiyasının Vilnüs qubernatorluğunun paytaxtı olan indiki Vilnüs şəhəri”, - deputat bildirib.

Juravlev əlavə edib ki, Rusiya öz ərazilərini müdafiə edəcək. Onun sözlərinə görə, Litva ordusu dünyanın ən zəif ordularından biridir və buna görə də Rusiya Federasiyası ilə hərbi qarşıdurma olarsa, Vilnüs bir gün belə dayana bilməyəcək. Deputat vurğulayıb ki, bütün NATO ölkələri onların arxasında ayağa qalxarsa, bu ölkəni “kədərli aqibət” gözləyəcək.

Bundan öncə Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski də məsələyə reaksiya vermişdi. Slutski Nausedaya psixiatra müraciət etməyi tövsiyə edib.

Qeyd edək ki, Litva prezidenti Gitanas Nauseda Kalininqradın tarixi Litva şəhəri olması və ona Karalyauçus adı verilməsi barədə fikirlər səsləndirib.

Nausedanın belə açıqlama verməsinə səbəb Çistye Prudı kəndində Kristijonas Donelaitis Memorial Muzeyinin adının dəyişdirilməsi olub. Litva lideri muzeyin adının dəyişdirilməsi qərarı ilə razılaşmadığını bildirib. O, Litva mədəniyyətinin Rusiya bölgəsində yoxa çıxan izlərini qorumağa çağırıb və həmçinin bildirib ki, “Karalyauçius heç vaxt Kalininqrad olmayacaq”.

Tural

Seçilən
15
news365.az

1Mənbələr