AZ

Bayden son dəfə xalqa müraciət edəcək

ABŞ prezidenti Co Bayden gələn həftənin Çərşənbə günü xalqa vida müraciəti ilə çıxış edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Onun çıxışı, adətən, mərasimlər və mühüm xəbərlər üçün ayrılan yer olan Oval Ofisdən veriləcək.

Ağ Ev ABŞ prezidentinin nədən danışacağı ilə bağlı əlavə təfərrüat verməyib.

Baydenin çıxışı onun siyasi rəqibi, yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasimindən bir həftədən az bir müddət əvvələ təsadüf edir.


Telegram kanalımız
Seçilən
41
50
yenisabah.az

10Mənbələr