Los-Ancelesdəki yanğınlarda Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokurorunun da evi külə dönüb.
Ölkə.Az xəbər verir ki, bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okampo özü sosial şəbəkələrdə yazıb.
O yazıb: "Malibudakı evim yanıb".
Xatırladaq ki, Kaliforniyada uzun müddətdir davam edən iri meşə yanğınları bölgəyə ciddi ziyan vurur. Ölənlərin sayı 10 nəfərə çatıb.
Mürtəza
Ölkə.Az