AZ

Cozef Bayden: Mən nə diqqətdən, nə də yaddaşlardan yox olmağı düşünürəm

Cozef

ABŞ Prezidenti Co Bayden dövlət başçısı vəzifəsindən getdikdən sonra yox olmağı düşünmədiyini bildirib. Bu barədə o, jurnalistlərlə söhbətində danışıb, "RIA Novosti" yazır."Mən nə diqqətdən, nə də yaddaşlardan yox olmağı düşünürəm", - deyə o, əmin edib.Bir qədər əvvəl Ağ Ev məlumat vermişdi ki, Bayden ölkə sakinlərinə vida müraciəti ilə 15 yanvarda, seçilmiş dövlət başçısı Donald Trumpın inauqurasiyasından beş gün əvvəl çıxış edəcək.82 yaşlı Co Bayden ABŞ-ın 46-cı prezidentidir (Demokrat Partiyasından). O, bu vəzifəni 20 yanvar 2021-ci ildən icra edir. 2009-2017-ci illərdə Prezident Barak Obamanın dövründə vitse-prezident olub. 1973-2009-cu illərdə isə Delaver ştatını ABŞ Senatında təmsil edib.Ötən il ABŞ-da prezident seçkiləri keçirilib. Dövlət başçısı vəzifəsinə Bayden də namizəd idi, lakin iyul ayında seçkiqabağı yarışdan çıxdığını elan edib. Nəticədə Demokrat Partiyasının namizədi Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp post uğrunda mübarizə aparıblar. Qalib gəlmək üçün siyasətçilərdən birinin ən azı 270 seçici səsi qazanması tələb olunurdu. 5 noyabrda keçirilən səsvermənin nəticələrinə əsasən, Tramp 312, Harris isə 226 səs toplayıb.Baydenin prezidentlik müddəti 20 yanvarda başa çatır. Həmin gün seçilmiş dövlət başçısı Donald Trumpın inauqurasiyası keçiriləcək.Səidə Mustafa

Diqqət Çəkənlər

Niyə biz xainlərə etibar edirik - Araşdırma

Uzun müddət qəbul edilən B6 vitamini sinir toxumasıni zədələyə bilər

Qarşındakını anlamaq - Qadınlara Xas Olan Empatiya

Seçilən
4
ulusum.az

1Mənbələr