AZ

Vinisius Portuqaliya klubunu alır

"Real Madrid"in və Braziliya millisinin vingeri Vinisius Junior yaxın gələcəkdə Portuqaliyanın ikinci güclü divizionunda yer alan klublardan birinin sahibi ola bilər.

Fanat.Az xəbər verir ki, 24 yaşlı futbolçunun bu niyyəti barədə ESPN məlumat yayıb.

Mənbənin məlumatına görə, Vinisius futbolçu karyerasını başa vurduqdan sonra klub rəhbəri olmağı düşündüyü üçün indidən planlarını həyata keçirməyə çalışır. 
Qeyd edək ki, Portuqaliyanın ikinci divizionunda 18 klub oynayır. 

Junior bu addımı atmağa cəsarət etsə, klub alan ilk aktiv futbolçu olmayacaq. Belə ki, Nqolo Kante Belçikanın üçüncü divizion təmsilçisi "Ekselsior" klubunun sahibidir, Vinisiusun komanda yoldaşı Kilian Mbappe isə keçən il iyul ayında Liqa 2 təmsilçisi "Kan"ın səhmlərinin əksəriyyətini ələ keçirib. 

Mirağa

Seçilən
12
fanat.az

1Mənbələr