"Neuralink" şirkəti 2025-ci ilə qədər 20-30 nəfərin beyninə implant yerləşdirməyi planlaşdırılır.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu amerikalı sahibkar və milyarder İlon Mask deyib.
Mask bildirib ki, hazırda "Neuralink" implantları üç nəfərə yerləşdirilib və onların hamısı yaxşı işləyir.
Xatırladaq ki, avqust ayında Mask yaxın on il ərzində milyonlarla insanın "Neuralink" beyin implantlarının sahibi ola biləcəyini açıqlayıb.
İmplantın özü kiçik batareyaya bənzər bir cihazdır. Tərkibində beyindən siqnal qəbul edən elektrodlu mikrotellər var. "Neuralink" ilk növbədə iflic olan və hərəkət edə bilməyən insanlara kömək etmək üçün nəzərdə tutulub.
Beyin əmrləri kompüterdə xüsusi proqrama ötürülür, nəticədə xəstə fikir gücündən istifadə edərək ətraflarını idarə etmək bacarığı qazanır.