Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
"Son üç ildir davam edən Rusiya-Ukrayna müharibəsində Qərb Ukraynaya dəstək vermək məcburiyyətində qaldı. Bu da iqtisadi vəziyyətə mənfi təsir edir. İnsanlarda narazılıqlar getdikcə artmaqdadır. Narazılıqların artması fonunda ifrat sağçıların, millətçi faşistlərin süarları cəmiyyətdə daha cəlbedici olur. Həmin qüvvələr son illərdəki seçkilərdə ciddi nəticələr əldə edirlər. İfrat sağçıların güclənməsi həm Avropada, həm də beynəlxalq səviyyədə vəziyyəti gərginləşdirən amil olacaq".
Əfsanə Kamal
Demokrat.az