“Neuralink” Kompaniyası üçüncü pasiyentin beyninə çip yerləşdirib.Metbuat.az Bizim.Media-a istinadən xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində yayımlanan Las-Veqasda keçirilən tədbir zamanı amerikalı sahibkar İlon Mask bildirib.O, "artıq üç nəfərdə Neuralinks implantı var və onların hamısı yaxşı işləyir" deyə qeyd edib.Mask əlavə edib ki, Neuralink 2025-ci ildə daha 20-30 nəfərə cip yerləşdirməyi planlaşdırır.Mask ötən ilin avqustunda Neuralink çipinin implantasiya edilmiş ikinci xəstəsi haqqında da məlumat verib. Bildirib ki, subyektin beynində 400 elektrod fəaliyyət göstərir və hamısı da "əla" işləyir.