“Ölkəmizin terrora birdəfəlik son qoymaq imkanı var. Biz bunu israf etməyi düzgün hesab etmirik”.
Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkirdə Ədalət və İnkişaf Partiyasının (AK Parti) vilayət təşkilatlarının 8-ci qurultayında çıxış edərkən deyib.
O, heç bir terror qruplaşmasının, xaricdən dəstəyi olub-olmamasından asılı olmayaraq, Türkiyənin qətiyyətinə tab gətirə bilməyəcəyini vurğulayıb.
Ərdoğan, Türkiyəyə ziyan vuran və əlli ilə yaxın onun inkişafına mane olan uzunmüddətli imperialist planlarını dayandırmaq niyyətində olduğunu açıqlayıb.
Xatırladaq ki, bu günlərdə Türkiyə Silahlı Qüvvələri Suriyada Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı mümkün əməliyyatla bağlı döyüş hazırlığı vəziyyətinə gətirilib.