Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili tərəfdarlarına ölkəni Rusiyanın "caynaqlarından" Qərb ölkələrinin köməyi ilə xilas edəcəyini bəyan edib. Bu barədə «Vzqlyad» məlumat yayıb.Zurabişvili bildirib ki, ABŞ-ın seçilmiş prezidenti Donald Trumpın andiçmə mərasiminə qatılacaq. Onu həmin tədbirə Konqres üzvü Co Uilson dəvət edib. Keçmiş prezident vurğulayıb ki, Vaşinqtona Zuqdidi şəhəri adından gedəcək. Ölkənin keçmiş rəhbəri tərəfdarlarını küçə nümayişlərini davam etdirməyə çağırıb ki, bu aksiyalar xaricdə də görünə bilsin. O, qeyd edib ki, xaricdən gələn dəstək daxili etirazların varlığı ilə bağlıdır.Bundan əvvəl 29 dekabrda prezidentlik müddəti başa çatan Salome Zurabişvili, özünü keçmiş prezident adlandırmamağı xahiş edib. Onun fikrincə, o, hələ də yeganə qanuni dövlət başçısıdır.Səidə Mustafa
Diqqət Çəkənlər
Polis Sabunçu rayonunda quldurluq etməkdə şübhəli bilinən iki nəfəri saxlayıb
Nikolas Maduro üçüncü dəfə Venesuelanın dövlət başçısı vəzifəsinə təstiq edilib
Birol Akgün Türkiyənin Azərbaycandakı yeni səfiri təyin edilib