AZ

Ağstafada yerli sakin ehtiyatsızlıqdan bıçaq xəsarəti alıb

Ağstafa rayonunda yerli sakin ehtiyatsızlıqdan bıçaq xəsarəti alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1988-ci il təvəllüdlü N.Pənahov qarın nahiyəsindən bıçaq xəsarəti alıb.

O, əvvəl Ağstafa Mərkəzi Rayon Xəstəxanasına, sonra Qazax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaxınlarının bildirdiyinə görə, zərərçəkən sərxoş halda toyuq kəsən zaman ehtiyatsızlıqdan bıçaqla özünə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
11
far.az

1Mənbələr