Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 19-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, növbəti oyun günündə dörd qarşılaşma baş tutub.
“Alaves” doğma meydanda “Jirona”ya minimal hesabla uduzub. “Valyadolid” “Betis”i xalsız yola salıb. “Espanyol” – “Leqanes” və “Sevilya” – “Valensiya” matçlarında isə komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Xatırladaq ki, bu turun “Atletik” – “Real” (2:1) və “Malyorka” – “Barselona” (1:5) oyunları ötən ilin dekabr ayında keçirilmişdi. Hazırda isə bu komandalar İspaniya Super Kubokunun oyunlarına görə Səudiyyə Ərəbistanındadırlar.
19-cu turun qalan görüşləri yanvarın 12-də və 13-də keçiriləcək.
İspaniya, La Liqa
19-cu tur
10 yanvar
Rayo Valyekano – Selta 2:1
Qollar: Embarba, 5. De Frutos, 63 – B.İqlesias, 26.
11 yanvar
Alaves – Jirona 0:1
Qol: Solis Romero, 90+1.
Valyadolid – Betis 1:0
Qol: K.Peres, 58.
Espanyol – Leqanes 1:1
Qollar: Kabrela, 2 – S.Sisse, 14.
Sevilya – Valensiya 1:1
Qollar: A.Pedrosa, 90+3.
12 yanvar
17:00. Las Palmas – Xetafe
19:15. Atletiko – Osasuna
13 yanvar
00:00. Real Sosyedad – Vilyarreal