Yəməndə yanacaqdoldurma məntəqəsində partlayış – 15 ölü var
Yəmənin Əl-Beydə əyalətində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 15 nəfər ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə SABA agentliyi Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, azı 67 nəfər yaralanıb.
“Əl-Cəzirə” daha əvvəl Husilərin nəzarətində olan Əl-Beyda əyalətində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində azı 8 nəfərin ölməsi, onlarla insanın yaralanması barədə məlumat yaymışdı.