Yəmənin Əl-Bayda əyalətində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, partlayış nəticəsində güclü yanğın 7 nəfərin ölümünə, 65 nəfərin yaralanmasına səbəb olub, onlardan 15-nin vəziyyəti ağırdır.