AZ

“Benfika” kubok qazandı

style='margin-bottom:10px;'>

Portuqaliya Liqa Kubokunun qalibi məlum olub.

QOL.az xəbər verir ki, həlledici görüşdə “Sportinq” və “Benfika” komandaları üz-üzə gəlib. Əsas vaxtı 1:1 hesablı bərabərliklə bitən oyunun qalibi penaltilər seriyasında müəyyənləşib.

11 metrlik zərbələrdə daha dəqiq olan “Benfika” 7:6 hesablı qələbə qazanıb və kubokun sahibi olub.

"Sportinq" - "Benfika" - 1:1 (Penaldilər - 6:7)

Qollar: Şelderup, 29 (1:0), Gyökereş, 29 (1:1)

Qeyd edək ki, Liqa kuboku Portuqaliyada 2008-ci ildən keçirilir və "Benfika" hamıdan çox - 8 dəfə bu yarışın qalibi olub.

Seçilən
22
2
teleqraf.com

6Mənbələr