Böyük Britaniyanın müdafiə nazirinin keçmiş müavini İvor Kaplin pedofiliya ittihamı ilə həbs edilib.
Axar.az xəbər verir ki, bu barədə “San” nəşri məlumat yayıb.
Məlumata görə, Kaplin azyaşlı oğlanla görüşə getdiyi Houve şəhərindəki dəmiryol vağzalında həbs edilib.
Polis 66 yaşlı keçmiş nazir müavinin saxlanıldığını təsdiqləyib və haqqında araşdırma başladıldığını bildirib.
Nəşr bildirib ki, 2024-cü ilin iyununda Kaplin ağır ittihamlara görə Leyboristlər Partiyasından xaric edilib.