“Bayern”in baş məşqçisi Vensan Kompani Almaniya Bundesliqasının Mönhenqladbax “Borussiya”sı ilə 16-cı tur səfər oyununu (1:0) şərh edib.
Arena.az “Bayern”in mətbuat xidmətinə istinadən, belçikalı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Bu, çox çətin səfər oyunu oldu. Əhval-ruhiyyəmiz xoş idi, ümumilikdə biz məmnunuq. Birinci hissədə fürsətlərimiz vardı, biz yaxşı oynadıq, amma ikinci hissədə daha da çox imkanlar oldu. Oyunu sakitləşdirə bilmədik. Əvvəl-axır, istifadə etmədiyimiz fürsətləri gerçəkləşdirməli idik. Bundan sonra sadəcə qol buraxmamaq gərək idi. Rəqib komandanın haqqını verirəm, onlar mübarizəni davam etdirdilər”, deyə Kompani vurğulayıb.
16 oyundan 39 xalla “Bayern” Almaniya Bundesliqasının yarış cədvəlinə başçılıq edir. Mönhenqladbax “Borussiya”sı isə 16 oyundan 24 xalla 10-cu pillədə qərarlaşıb.