AZ

"Bild" nəşri Trampın oğlunu ifşa etdi: hər şey yalan imiş...

Kiçik Donald Tramp Qrenlandiyaya səfəri zamanı adanın ABŞ-a keçidini dəstəkləmələri üçün "bomj"lara pul paylayıb.

Publika.az xəbər verir ki, bu iddia ilə Almaniyanın "Bild" nəşri çıxış edib.

Nəşrin məlumatına görə, kiçik Tramp Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə səfəri zamanı özünü sadiq tərəfdarların əhatəsində göstərməyə çalışıb. O, bir restoranda MAGA (Make America Great Again - Amerikanı yenidən möhtəşəm edin) şüarlı papaqlar taxan insanlarla görüş keçirib.

“Bild” yazır ki, adanın ABŞ-a birləşdirilməsinin "tərəfdarlar"ı küçədən yığılan "bomj"lar olub. Onlara pulsuz yemək təklif edilib və ya pul verilib. Tədbir kiçik Trampa təxminən 1340 avroya başa gəlib.

“Kiçik Tramp kimi tapsa, götürürdü. Küçədə hər cür xırda əşyalar satan kasıb insanları və evsizləri yığırdılar”, - görüş iştirakçılarından biri nəşrə bildirib.

Seçilən
38
2
publika.az

1Mənbələr