AZ

Azərbaycandan Serbiyaya qaz tədarükünün bərpasının təxmini tarixi açıqlanıb (Eksklüziv)

Bakı. Trend:

Azərbaycan qazının Serbiyaya tədarükünün yanvarın 15-də bərpaolunacağı gözlənilir.

Bunu Trend-ə bazargünü enerji bazarındakı məlumatlı mənbə "Şahdəniz Alfa"platformasında yaranmış texniki problemlə əlaqədar tədarükündayandırılmasını şərh edərkən bildirib.

“Platformadakı nasazlıq ilə bağlı təmir işləri yaxın günlərdəbaşa çatdırılmalıdır, bundan sonra Serbiyaya tədarüklər bərpaolunacaq. Yanvarın 15-də tədarükün bərpası gözlənilir”, - mənbəbildirib.

Eyni zamanda, bp Azerbaijan-dan Trend-ə verilən məlumata görə, şirkətplatformada yaranmış texniki problemin tezliklə aradan qaldırılmasıüçün çalışır.

“Texniki problemin mümkün qədər tez aradan qaldırılması üçün işaparılır. Şahdəniz Alfa platformasının özündə və digərplatformalarda heç bir problem yoxdur. Texniki problem xüsusiləŞahdəniz Alfa platforması ilə Səngəçal terminalı arasında sualtıkondensat ixrac xəttində yaranıb”, - BP-dən bildiriblər.

Qeyd edək ki, ötən gün Serbiya prezidenti Aleksandar VuçiçAzərbaycanın “Şahdəniz” yatağındakı texniki nasazlıqlara görəgündəlik 1,7 milyon kubmetr qaz tədarükünün dayandırılması iləbağlı Serbiya tərəfini xəbərdar etdiyini bildirib.

Bu fonda bəzi KİV-lər tədarükün kəsilməsinin “bir neçə ay” davamedə biləcəyini bildirib.

Xatırladaq ki, 2023-cü il noyabrın 15-də Azərbaycan Dövlət NeftŞirkəti (SOCAR) və Serbiyanın “Srbijagas” şirkəti arasındaAzərbaycan qazının Serbiyaya tədarükü haqqında saziş imzalanıb.Müqaviləyə əsasən, 2024-cü ildən 2026-cı ilə qədər olan dövrdəAzərbaycandan Serbiyaya hər il 400 milyon kubmetrədək qaz tədarükediləcək, həcmi 2027-ci ildən artırmaq imkanı olacaq.

Azərbaycan qazının Serbiyaya tədarükü 2024-cü ilin fevralındabaşlayıb. 2024-cü ilin sentyabrında SOCAR və Srbijagas arasındasutkada 1 milyon kubmetr qazın alqı-satqısına dair əlavə sazişimzalanıb ki, bu da 2024-cü il noyabrın 1-dən 2025-ci il aprelin1-dək olan dövrü əhatə edir.

Seçilən
75
7
az.trend.az

8Mənbələr