Ukrayna Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Dmitri Kuleba 18 yaşlı oğlunu orduda xidmətə getməkdən çəkindirdiyini etiraf edib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Politika Strany” nəşri məlumat yayıb.
Ukrayna Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri qeyd edib ki, gənc oğlu hərbi kurslarda iştirak edir və onu universitetdə təhsilini davam etdirməyə yenicə razı salıblar. Eyni zamanda, Kuleba hazırda 25 yaş olan səfərbərlik yaşını azaltmaq imkanından danışıb. Onun fikrincə, generallar bu arqumenti siyasi rəhbərliyə və parlamentə çatdırmalıdırlar:
“Bu, Ukrayna cəmiyyətinin heç bir hissəsi tərəfindən müsbət qarşılanmayacaq dərəcədə ağrılı qərar olacaq”.
Kuleba etiraf edib ki, Ukraynada səfərbərlik yaşının 18 yaşa endirilməsi ehtimalı azdır. Bu yaşın bir-iki il azaldılması mümkündür.
Əvvəllər bildirilirdi ki, Kuleba 2025-ci ildə Fransa Siyasi Araşdırmalar İnstitutunda dosent olacaq. O, yaz semestrində Paris Beynəlxalq Münasibətlər
Məktəbində və Parisdən kənarda yerləşən altı kampusda dərs demək üçün instituta səfər edəcək.