Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 19-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
İki qolun qeydə alındığı “Sivasspor” – “Alanyaspor” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Trabzonspor” doğma meydanda qarşılaşdığı “Antalyaspor”u 5 cavabsız qolla üstələyibsə, “Qaziantep” “Adana Dəmirspor”u minimal hesabla məğlub edib.
Lider “Qalatasaray” da səfərdə “Başakşəhər”lə üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyunda son çempion qalib gəlib.
19-cu turun qalan oyunları yanvarın 13-də keçiriləcək.
Türkiyə, Super Liqa
19-cu tur
10 yanvar
Kayserispor – Samsunspor 0:1
Qol: Marius, 1.
Hatayspor – Rizəspor 1:2
Qollar: Butoba, 23 – Diak, 11-öz qapısına. Gezzal, 63-pen.
Beşiktaş – Bodrumspor 2:1
Qollar: Ndur, 32. İmmobile, 40 – Puşkaş, 90+4.
12 yanvar
Sivasspor – Alanyaspor 1:1
Qollar: Koita, 29 – Kordova, 56.
Trabzonspor – Antalyaspor 5:0
Qollar: Banza, 21. Malyero, 52; 64; 87. Çam, 70.
Başakşəhər – Qalatasaray 1:2
Qollar: Pyontek, 53 – B.A.Yılmaz, 42; 59.
Qaziantep – Adana Dəmirspor 1:0
Qol: Okereke, 4.
13 yanvar
21:00. Göztəpə – Kasımpaşa
21:00. Konyaspor – Fənərbaxça