İranın Xarici İşlər Naziri Seyid Abbas Araqçi Tehranda BMT Baş Katibinin Yəmən üzrə Xüsusi Nümayəndəsi Hans Grundberqlə görüşüb.
APA xəbər verir ki, bu barədə İran XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.
Görüş zamanı Araqçı, İran İslam Respublikasının Yəməndə vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş BMT-nin rolu və səylərini dəstəklədiyini bir daha vurğulayıb.
BMT-nin Yəmən üzrə Xüsusi Nümayəndəsi isə İran İslam Respublikası ilə davamlı məsləhətləşmə və dialoqun vacibliyini qeyd edib.
Sahilə Cabbar