İspaniya Superkubokunun qalibi müəyyənləşib.
Msport.az xəbər verir ki, finalda “Barselona” böyük hesabla “Real”a qalib gəlib – 5:2.
Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “King Abdullah Sports City” stadionunda keçirilən oyunda hesabı 5-ci dəqiqədə “Real” açsa da, “Barsa” əzmkar qələbə qazanıb. Rafinya dubl edib.
Qeyd edək ki, yarımfinalda “Barselona” “Atketik”ə (2:0), “Real” isə “Malyorka”ya qalib gəlib (3:0).