Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 17-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Havr” – “Lans” və “Tuluza” – “Strasburq” matçlarında qonaqlar qələbə qazanıblar. Dörd qolun vurduluğu “Monpelye” – “Anje” görüşü də qonaqların inamlı qələbəsiylə yekunlaşıb. Son çempion və lider PSJ isə evdə “Sent Etyen”ə çətinliklə qalib gəlib.
Beləliklə, 17 turdan sonra 43 xala malik PSJ vahid liderdir. Marsel “Olimpik”i 36 xalla ikinci, “Monako” 31 xalla üçüncü pillədə qərarlaşıblar. “Nitsa”nın 32, “Lill”in 29, Lion “Olimpik”inin 28, “Lans”ın 27, “Tuluza”nın 24, “Strasburq”un 23, “Oser” və “Brest”in 22, “Reyms”in 20 xalı var.
Fransa, Liqa 1
17-ci tur
10 yanvar
Nant – Monako 2:2
Qollar: Abline, 12. Amian, 47 – Embolo, 52. Salisu, 59.
Oser – Lill 0:0
11 yanvar
Brest – Olimpik (Lion) 2:1
Qollar: M.Kamara, 8. Ayork, 25 – Veretu, 45+1.
Reyms – Nitsa 2:4
Qollar: İto, 34. Diaxon, 71 – Gessan, 28. Laborde, 44-pen; 64. Abdi, 86.
Renn – Olimpik (Marsel) 1:2
Qollar: Kalimuendo, 43 – Qrinvud, 45. Rabyo, 49.
12 yanvar
Havr – Lans 1:2
Qollar: Ayyu, 8 – Koyalipu, 28. Maşado, 77.
Monpelye – Anje 1:3
Qollar: Savanye, 61-pen – Lepaul, 30; 69. Ferhat, 90+9.
Tuluza – Strasburq 1:2
Qollar: Dukure, 35-öz qapısına – Emeqa, 14; 26.
PSJ – Sent Etyen 2:1
Qollar: Dembele, 13; 23 – Davitaşvili, 64.