Atmosfer havasına zərərli fiziki təsirlərin dövlət tənzimlənməsi məqsədilə atmosfer havasına fiziki təsirin yol verilən səviyyəsi və zərərli fiziki təsirin yol verilən həddi müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Atmosfer havasının mühafizəsi haqqında” qanunda əksini tapıb.
Göstərilən normativləri və digər göstəriciləri, onların müəyyən edilməsi üsulları beynəlxalq standartlar, elmi-texniki tərəqqi və ekoloji vəziyyətin tələbləri nəzərə alınmaqla mütəmadi olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən təkmilləşdirilir və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilir.