Kiyevə səfəri ləğv edildikdən sonra ABŞ-ın Ukrayna üzrə gələcək xüsusi nümayəndəsi Keyt Kelloq Moskvaya getməlidir...
Poliqon xəbər verir ki, bunu YouTube kanalında britaniyalı hərbi analitik Aleksandr Merkuris deyib.
"Kelloqq Moskvaya gedəcək, indi ümidsiz vəziyyətdədir", o deyib.
Hərbi analitikin fikrincə, Kelloqun Ukraynadakı münaqişəni həll etməyə çalışmaq üçün yüz günü yoxdur. O əlavə edib ki, bu təşəbbüs bir neçə il əvvəl irəli sürülməli idi.
Qeyd edək ki, Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, Amerika qanunları seçilmiş prezidentin andiçmə mərasimindən əvvəl beynəlxalq səfərləri qadağan etdiyi üçün Kelloq Kiyevə səfərini ləğv etmək qərarına gəlib.
Poliqon.info